EN

ABŞ Yaxın Şərqi aldatdı: Kanada nefti İraq neftini əvəz etməyə başladı

 

Trans Dağ Boru Kəməri sayəsində Kanada nefti ABŞ-nin Qərb Neft Emalı Zavodlarında İraq neftini əvəz etməyə başlayıb. Bu isə o deməkdir ki, Birləşmiş Ştatlar neft idxalında Yaxın Şərqdən olan asılılığını daha yaxına – Amerika qitəsinə daşımağı bacarıb.

Yenicag.az xəbər verir ki, bu barədə neüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.

Nəşr yazır ki, idxal edilən Kanada neftinin həcminin orta baryeri aşması gözlənilir.

“Kanada neftinin (Cold Lake) Asiya bazarına açılması baxımından bu, ölkə üçün yaxşı bir addımdır, lakin Asiyaya getməmişdən əvvəl ABŞ Yaxın Şərqi bir növ aldatdı. Yəni Vaşinqton İraqdan neft almaq əvəzinə, Kanadadan öz ehtiyatını təmin etdi”, – deyə məlumatda qeyd olunur.

Qəzetin məlumatına görə, tam gücündə olmayan boru kəməri hələlik Çinə gündə orta hesabla 80 min barel, Hindistana isə təxminən 50 min barel neft göndərir:

“Kəmərin çəkilməsi o qədər ağrılı idi ki, ABŞ hökuməti layihəni tez bir zamanda bitirməyə çalışdı və onu Kinder Morqandan aldı. Əvvəlcə 9, sonra 15 layihə 23 milyard dollarla başa çatdı. Ancaq ABŞ-a idxal etmədən birbaşa sata bilmək baxımından bu, faydalı yatırımdır”.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
yenicag.az

1Sources