EN

“The Wall Street Journal” ABŞ-nin “yumşaq” sanksiya siyasətindən yazdı

Rusiya və İrana qarşı sanksiyalar siyasətinə baxmayaraq, Co Baydenin administrasiyası neftin dünya bazarlarına axınını təşviq edir, seçkilərə qədər qazın qiymətini sabit saxlamaq istəyir.

News365.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr yazır ki, proseslərdən məlumatlı olan diplomatların, keçmiş hökumət rəsmilərinin və enerji sənayesi "oyunçuları"nın fikrincə, bu cür siyasət daha yumşaq görünür. Halbuki, iri neft istehsalçılarına qarşı sərt siyasət, sanksiyalar gözlənilirdi.

Analitiklərin fikrincə, İrana qarşı yeni sanksiyalar ölkənin neft ixracının yalnız bir hissəsinə təsir edir və çətin ki, bu, qlobal bazarlara təsir etsin.

"Prezident Amerikalı istehlakçılarını yanacaqdoldurma məntəqələrində mümkün olan ən aşağı qiymətə malik məhsullarla təmin etmək üçün hər şeyi etmək istədi. Çünki bu, amerikalıların gündəlik həyatına təsir edir", -  ABŞ administrasiyasının yüksək səviyyəli rəsmisi deyib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
news365.az

1Sources