EN

Taysondan Usikə uduzduğu döyüşlə bağlı qəribə açıqlama - "Bəzən mənə elə gəlirdi ki, qarşımdakı həvəskar boksçudu"

Mayın 19-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda mütləq dünya çempionluğu uğrunda keçirilən döyüşdə Aleksandr Usikə uduzan Tayson Füri növbəti dəfə həmin məğlubiyyət haqda danışıb:

"Usiklə yumruqlaşmaq gözlədiyimdən xeyli asan idi. Adamlar deyirdi ki, ona toxunmaq çətindi, ancaq mən 4 zərbədən ibarət kombinasiya qurur və buna gülürdüm. Bəlkə də əsas problem özümü məhz hədsiz şən hiss etməyimlə bağlı idi. Bəzən mənə elə gəlirdi ki, qarşımdakı həvəskar boksçudu. Bu məqamdan hədsiz ləzzət alırdım. Şənləndim və 9-cu raundda bunun əvəzini ağır ödədim. Usiki nokauta salmalı olacam, hakimlərin qərarı ilə qalib gəlməyi bacarmıram. Usikə qalib gəlmək nə qədər çətindisə, bunu vaxtından əvvəl etmək daha çətindi. Ancaq mən özümə əminəm, səbirsizliklə yeni çağırışı gözləyirəm. Onun çənəsinin və göz qapağının qırıldığını eşitmişəm. Aleksandr, özünü qaydaya sal, dekabrda görüşəcəyik".

Usiklə Füri arasında əvəzçıxma döyüşü dekabrın 21-də, yenə də Ər-Riyadda keçiriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources