EN

İlham Əliyev Quido Krosettonu qəbul edib

Prezident İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AYNA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.

Chosen
125
49
ayna.az

10Sources