EN

Hücum xəttinə 2 namizədi nəzərdən keçirir - Paytaxt təmsilçisi

“Arsenal” hücumun cinahına yeni oyunçu dəvət etmək niyyətindədir.

Sportinfo.az “Gunner Blog”-a istinadən xəbər verir ki, “topçular”ın bu mövqeyə əsas namizədləri “Atletik”dən Niko Uilyams və “Vulverhempton”dan Pedro Netodur.

“Arsenal”ın bu oyunçularla maraqlanmasına baxmayaraq, hər iki keçidin baş tutması mürəkkəb görünür.

“Topçular” Netonun zədələrinə görə narahatdırlar. Uilyamsa gəlincə, ona görə 58 milyon avroluq sərbəstqalma məbləği ödənilməlidir.

Neto və Uilyamsa digər top-klublar da maraq göstərir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
sportinfo.az

1Sources