EN

“Rasinq”in sabiq üzvü 110 min dollara razılaşmadı, “Zirə”yə “qiymət oxudu”

Avropa Liqasında iştirak edəcək “Zirə” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.az-a verilən məlumata görə, “qartallar” bir müddətdi heyətinə qatmaq istədiyi Giorgi Papunaşvili transferində müsbət sonluq əldə edə bilməyib. Belə ki, son olaraq “Kəpəz”də çıxış etmiş, hazırda azad agent statusu daşıyan gürcüstanlı yarımmüdəfiçi qəsəbə təmsilçisinin illik 110 min dollarlıq təklifini geri çevirib.

İspaniyan “Rasinq”, “Saraqoza”, Almaniyanın “Verder” kimi klublarında top qovan 28 yaşlı futbolçu illik 140 min dollar maaş tələb edir. Bu rəqəm isə “Zirə” tərəfini qane etmir. 

Hazırda tərəflər arasında danışıqlar dondurulmayıb və davam edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
idmanxeber.az

1Sources