EN

AZƏRBAYCANDA BENZİNİN VƏ DİZELİN QİYMƏTİ BAHALAŞACAQ? - Ekspert şərhi

Məlum olduğu kimi, ötən gün Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin qiymətinin bahalaşacağına dair bir sıra xəbərlər yayılıb. İlk olaraq qeyri-populyar bir "Telegram" kanalında dərc olunan bu məlumatı qısa zaman ərzində kütləvi informasiya vasitələri də tirajlamağa başlayıb.

Məlumata görə, qiymət artımının cüzi olacağı gözlənilir. Qeyd olunur ki, hökumət bu qərarın neqativ yükünü qəbul edir, ancaq zəruri olduğunu düşünür. Belə ki, “Aİ-92” və dizel bir tərəfdən ciddi ekoloji problemlər yaradır, digər tərəfdən isə dünyada geniş vüsət almış elektrik mühərriklərə Azərbaycanda keçidi ləngidir.

İddia olunur ki, bu qərar vətəndaşların “Aİ-92” və dizellə çalışan mühərrikli avtomobillərdən imtina etməsini və elektrik avtomobillərə keçidini əsaslı şəkildə stimullaşdıracaq.

Qeyd edək ki, sözügedən qiymət artımının dəqiq hansı tarixdə baş verəcəyi bildirilməsə də, yaxın vaxtlarda gerçəkləşəcəyi iddia olunur. Bəs maraqlıdır, idiki məqamda qiymət artımını şərtləndirən hansısa amil varmı?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources