EN

Ukrayna nə vaxt Avropa İttifaqının üzvü olacaq?- Səfir açıqladı

İyunun 25-də Lüksemburqda Ukraynanın Avropa İttifaqına daxil olmasına həsr olunmuş ilk hökumətlərarası konfrans keçirilib.

”AzPolitika” xəbər verir ki, Aİ-nin Ukraynadakı səfiri Katarina Maternova RBC-Ukraynaya müsahibəsində deyib ki, Ukraynanın üzvlüyü ilə bağlı Avropa İttifaqı ilə danışıqların müddəti bəzi digər ölkələrlə müqayisədə əvvəlkindən daha az vaxt tələb edə bilər. Ona görə də Ukrayna üçün ən real tarix 2030-cu ildir: "Düşünürəm ki, iki il çox az ola bilər. Amma indiyə qədər mən Ukraynada sürətlə hərəkət etmək üçün çox əzmkarlıq görmüşəm. Ona görə də mən əslində hesab edirəm ki, Ukrayna məsələsində əvvəlkindən daha az vaxt tələb oluna bilər. 2030-cu ilin çox real tarix olduğunu düşünürəm”.

Bununla yanaşı, Maternova vurğulayıb ki, bu, Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin artıq geri dönməz olması demək deyil. Çünki məsələn, ölkədə duktatura bərqərar olarsa, bu proses mümkünsüz ola bilər.

“AzPolirika.info” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources