EN

Azyaşlıya qarşı əxlaqsızlıq edən Hacı, görün, kimdir? — Video

azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu haqda istintaq orqanının təqdimatına baxılıb və Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



“İlahiyyatçı” kimi təqdim olunan Hacı Salman Kamiloğlu Qafqaz Müsəlmanları İdarəsində din xadimi kimi qeydiyyatda deyil.



Azərbaycan İlahiyyat İnstitutunun mətbuatla iş üzrə baş mütəxəssisi Ayşən Aslanova da açıqlamasında sözügedən şəxsin təhsil qurumunun əməkdaşı olmadığını bildirib.



Buna baxmayaraq, o, bir müddətdir ki, efirlərdə görünməkdədir.



Onun ilk “parlaması” “Səni axtarıram” verilişi ilə başlayıb. Belə ki, Hacı Salman burada xeyriyyəçi, yardımsevər kimi peyda olub və yardım əlini uzadıb, bu zaman göz yaşlarını da saxlaya bilməyib (Video BURADA).



Bundan sonra Hacı Salmanın müxtəlif tədbirlərdə, xüsusilə təqdimatlarda göründüyü müşahidə edilib. Ötən ilin dekabrında o, “Selected People Awards (Mükafat)” adlı “mükafatlandırılma mərasimində” iştirak və çıxış edib, təbriklərini çatdırıb. O, səhnəyə dəvət edilərkən bu dəfə də “Əhli-Beyt” islam xeyriyyə cəmiyyətinin rəhbəri, ilahiyyatçı və şərqşünas kimi təqdim olunub (Video BURADA).



Bundan başqa, Hacı Salmanın özünün Yutub kanalı da var və o, “əxlaqi-tərbiyəvi” mövzularda xalqı “maarifləndirməklə” məşğul olub.



Xatırladaq ki, Hacı Salmanın azyaşlıya qarşı əxlaqsızlığı müşahidə kameraları tərəfindən qeydə alınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources