EN

Sürücülük vəsiqəsi almağa mane olan xəstəliklər – HƏKİM-PROFESSORDAN ÇAĞIRIŞ

Müstəqilliyin ilk illərində bəzi vətəndaşlar hərbi xidmətdən yayınmaq üçün müəyyən xəstəliklərin daşıyıcısı olduqlarını deyərək, necə deyərlər, "kağız düzəltdirirdilər". Yaxud həqiqətən xəstəliyi olan şəxslər bir müddət sonra sürücülük vəsiqəsi alıb avtomobil sahibi olmağa çalışanda, komissiya tərəfindən onlara verilən imtina cavabı sonradan vətəndaşı çaşbaşlıq salır. 

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Avtosfer.az-a açıqlamasında bildirib ki, müəyyən diaqnozlar istisna olmaqla, əlilliyi olan şəxslərin sürücülük vəsiqəsi əldə etmək hüququ var. 

“Sürücülük vəsiqəsinin əldə edilməsinə əks göstəriş hesab edilən xəstəliklərin siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilib. Əlilliyi olan şəxsə həmin siyahıda nəzərdə tutulan diaqnoz müəyyən edildiyi halda ona sürücülük vəsiqəsi verilə bilməz. Şəxsin sürücülük vəsiqəsinin əldə edilməsi üçün əks göstərişinin olub-olmaması Səhiyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən müəyyən olunur. Əlilliyi olan şəxsin diaqnozu nəqliyyat vasitəsini idarə etməyə əks göstəriş olmadığı halda sürücülük vəsiqəsini alması ona ödənilən əlilliyə görə sosial ödənişlərin dayandırılmasına səbəb ola bilməz”.

Səhiyyə Nazirliyi sürücülük vəsiqəsi almağa mane olan xəstəliklərin siyahısını hazırlayıb. Bu siyahıda xəstəliklər hansı kateqoriyadan olan sürücülük vəsiqələrinin alınmasına mane olduğuna görə təsnifatlaşdırılıb. Siyahı belədir:

Mənzərə: 1-ci qrupa aid olan bu şəxslərdə binokulyar görmə kəskinliyi 0,5-dən az olmamalıdır və ən azı 120 dərəcə bir baxış sahəsi.

2-ci qrupda görmə kəskinliyi daha yaxşı göz üçün 0,8, zəif göz üçün isə ən azı 0,1 tələb olunur (lazım olduqda, ± 8 diopterdən çox olmayan düzəlişlə). 2-ci qrup üçün əlavə tələblər düzgün stereoskopik və alaqaranlıq görmə, diplopiyanın olmaması, parıltı və kontrasta həssaslıq və düzgün rəng tanınmasıdır. Durbin baxış sahəsi ən azı 160 dərəcə olmalıdır.

Eşitmə: Eşitmə itkisi 1-ci qrupda olan nəqliyyat vasitələrini idarə etmək üçün əks göstəriş deyil, lakin 2-ci qrupda olan sürücülərin sürücülük vəsiqəsi almasını qeyri-mümkün edə bilər.

Hərəkət sistemi: Motor sisteminin disfunksiyası halında, həkim pozuntuların sürücü və digər yol istifadəçiləri üçün təhlükə yarada biləcəyini qiymətləndirir. Risk yaradırlarsa, sürücülük vəsiqəsi almaq üçün əks göstərişdir.

Ürək-damar və tənəffüs ssitemləri: Risk yaradan bütün xəstəliklər sürücülük vəsiqəsi almaq hüququndan məhrum edilə bilər qəfil ürək-damar və ya tənəffüs çatışmazlığı və beyin funksiyalarının zəifləməsi. Aritmiya, miokard işemiyası, anormal qan təzyiqi, implantasiya edilmiş kardiostimulyator və ya obstruktiv yuxu apnesi olan insanlar avtomobil idarə etmək üçün mütəmadi olaraq müayinədən keçməlidirlər.

Diabet: Şəkərli diabet xəstələri xəstəliyinə müntəzəm nəzarət etmək və bunu həkimin müsbət rəyi ilə sübut etmək imkanı əldə etmək şərti ilə sürücülük vəsiqəsi ala və ya yeniləyə bilər.

Böyrək xəstəliyi: Kəskin böyrək çatışmazlığından əziyyət çəkənlərə sürücülük vəsiqəsi verilmir. Xroniki çatışmazlıq halında, digər məsələlərlə yanaşı, xəstəliyin mərhələsini də nəzərə alan mütəxəssis rəyi tələb olunur.

Nevroloji xəstəliklər: Nevroloji xəstəliklərə gəldikdə, hər bir hal fərdi olaraq nəzərdən keçirilir. Epilepsiya xəstələri ən azı iki il ərzində qıcolma keçirmədiklərini sübut edə bilsələr, 1-ci qrup sürücülük vəsiqəsi ala bilərlər.

Psixi pozğunluqlar: Psixi pozğunluğu olan insanlar sürücülük vəsiqəsi üçün müraciət edə bilərlər, lakin şərt, iştirak edən həkimin müsbət rəyini təqdim etməkdir. Əks göstərişlərə, digərləri ilə yanaşı, zehni gerilik və ağır davranış və şəxsiyyət pozğunluqları daxildir.

Alkoqol və psixotrop maddələrə aludəçilik: Alkoqol asılılığı sürücülük vəsiqəsi almağı qeyri-mümkün edir. Ən azı bir il imtina etdikdən sonra onlara müraciət edə bilərsiniz. Şərt terapevtin daimi nəzarəti altında qalmaqdır. Sürücülük vəsiqəsinin kateqoriyasından asılı olmayaraq, psixotrop maddələrə aludəçilik də əks göstərişdir.

Tibb elmləri üzrə professor, cərrah Adil Qeybulla məsələ ilə əlaqədar saytımıza açıqlamasında deyib ki, sürücülük hüququna malik olmaq üçün ən önəmli şərt ruhi sağlam olmaqdır. 

“Sürücü kifayət qədər dürüst, səbrli şəxs olmalıdır. Ruhi və manyakal problemləri olan şəxs bütün halalrda qəza törədə bilər. İkinci vacib şərt görmə ilə bağlıdır. Yəni, sürücü müəyyən edilmiş məsafəni görmkdə problem yaşamamalıdır. Ən azından eynəklə bu tənzimlənməlidir. Belə olduğu halda o müəyyən ektrimal vəziyyətlərdə manevr etməyi bacarmalıdır. Bəzi əstəliklər var ki, hansı ki bu xəstəliklərin siyahısını Səhiyyə Nazirliyi elan etmişdi, bu xəstyəliyin daşıyıcısı olan şəxslər başqalarını da zərbə altında qoymuş olur. Ölkədə sürücülük vəsiqəsi əldə etmək üçün sağlamlıq arayışının necə alındığı məlumdur. Vətəndaşların əksəriyyəti poliklinikalardan pul verib arayış alır və özünü sağlam göstərərək sürücülük vəsiqəsi əldə edə bilir. Mən həkimlərə tövsiyə edirəm ki, bu məsələdə diqqətli, məsuliyyətli olsunlar. Poliklinikalar bu arayışla bağlı testlərə xüsusi əhəmiyyət verməlidir. Elə məsələlər var ki, orda pul, tanışlıq və s. rol oynamamalıdır”.

Professor sonda onu da vurğulayıb ki, bu problemlər var ki, onun həllində dürüstlük hər şeydən vacib rol oynayır. Baş verən qəzalar, faciələr, ölüm faktları bu millətin genefonduna ciddi təsir edir.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Səfər Əlizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
avtosfer.az

1Sources