EN

Türkiyə kəşfiyyatı PKK liderlərindən birini Suriyada öldürdü

Türkiyə Kəşfiyyatı PKK liderlərindən biri olan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilən Əli Dinçeri Suriyada öldürüb.

Gundem.az xəbər verir ki, Orhan Bingöl ləqəbli Əli Dinçer PKK/YPG-nin Cəzirədə regional komandiri olub.

O, Suriyanın Qamışlı bölgəsində həyata keçirilən əməliyyatla öldürülüb.

Məlumata görə, PKK-nın həyata keçirdiyi qanlı iğtişaşlarda iştirak edən Əli Dinçer uzun müddət Türkiyə kəşfiyyatı tərəfindən axtarışda idi.

Chosen
110
16
gundem.az

10Sources