EN

"Asiya uşaqları"nda ilk medal - FOTO

Azərbaycan millisi Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, yarışda samboçumuz İbrahim Talıbov fərqlənib.

O, 53 kq-da bürünc medal qazanıb.

Qeyd edək ki, Oyunlarda ölkəmiz 16 idman növündə - cüdo, stolüstü tennis, üzgüçülük, sambo, taekvondo, bədii gimnastika, mas-reslinq, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, atletika, kamandan oxatma, qayaya dırmanma, boks, alış, kuraş, xapsaqay üzrə ümumilikdə 80 idmançı ilə təmsil olunur.

Ä°dman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
1
idman.biz

2Sources