EN

Dağıstanda yenidən nə baş verib? – Açıqlama

Dağıstanda yenidən silahlı toqquşmaların başladığına dair xəbərlər yayılıb. Tribunainfo.az xəbər verir ki, “Mash” Telegram kanalının yaydığı məlumata görə, Mahaçqalanın Universitet meydanında atışma baş verib.
Kanal bildirib ki, hadisələr Korkmasova küçəsində cərəyan edir. “Hazırda orada təhlükəsizlik qüvvələri işləyir”.
Yerli teleqram kanallarının məlumatına görə isə silahlı polis Respublika Tibb Mərkəzinə bitişik ərazini mühasirəyə alıb. “Mahaçqala Universitetinin meydanına çıxış tamamilə bağlanıb. İnsanlar yaxınlıqdakı binalardan təxliyə edilir”.
Tribunainfo.az xəbər verir ki, Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləməyib. “İyunun 25-də axşam saatlarında hadisə şahidi Mahaçqala Universitetinin meydanı ərazisində silahlı adam gördüyünü bildirib. Lakin məlumat təsdiqini tapmayıb”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources