"12 dəfə əməliyyat olunmuşam, onun 8-i xəstəliklə bağlıdır".
News365.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Rəngarəng səhər" verilişində deyib.
İfaçı 13-cü əməliyyata hazırlaşdığını bildirib:
"12 əməliyyatdan 3-ü burnumla bağlıdır. Birinin də nə olduğunu unutmuşam. İndi 13-cü əməliyyata hazırlaşıram. Gözəlləşəcəm. Estetik əməliyyat etdirəcəm. Onsuz da hamı etdirir, mən niyə etdirməyim ki!?".