EN

"Çox razıyam, futbolçularımla fəxr edirəm" - Qaret Sautgeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Sloveniyaya qarşı keçirdikləri matçdan (0:0) sonra fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilis çalışdırıcı belə danışıb:

"Azarkeşlərimizi evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik. İkinci hissədə oyuna nəzarət etdik, bir neçə qol vəziyyəti yaratdıq. Təəssüf ki, epizodlardan faydalana bilmədik. Ancaq müdafiə planında da yaxşı təsir bağışladıq. Gördüklərimdən çox razıyam. Qrup lideri olmaqdan məmnunuq. Futbolçularımla fəxr edirəm".

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
fanat.az

1Sources