EN

Antalya,Vyana vəRomadan gələn təyyarələr İrəvana ENƏ BİLMƏDİ

Ötən gecə Vyana, Antalya, Roma, Soçi və Riqadan gələn reyslər bir neçə saat İrəvanın “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com xəbər verir ki, bu barədə “FlightRadar” xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Soçidən gələn təyyarə əvvəlcə Tiflisə, sonda isə İrəvana enib.

Daha sonra Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirib ki, Dubay, Riqa və Soçidən uçuşlar gecə saatlarında güclü külək səbəbindən “Zvartnots” hava limanına enə bilməyib.

Musavat.com

Chosen
66
2
musavat.com

3Sources