EN

Alen Berse Avropa Şurasının baş katibi seçilib

 

Ötən gün Avropa Şurası Parlament Assambleyası Alen Berseni beş il müddətinə Avropa Şurasının baş katibi seçib.

O 18 sentyabr 2024-cü ildə vəzifəyə başlayacaq. İsveçrə təmsilçisi Berse ikinci turda seçilib,  114 səs toplayıb, yəni çoxluğun səsini qazanıb.

Digər namizədlər  Indrek Saar (Estoniya) və Didye Reynders (Belçika) müvafiq olaraq 85 və 46 səs qazanıblar.

Alen Berse 2012-2023-cü illərdə İsveçrə hökumətinin üzvü olub, bu müddətdə iki dəfə - 2018 və 2023-cü illərdə Konfederasiya prezidenti olub. Nazir kimi  Federal Daxili İşlər Nazirliyinə rəhbərlik edib.

Hökumətə gəlmədən əvvəl 2003-2011-ci illərdə İsveçrə Federal Parlamentinin üzvü olub və 2008-2009-cu illərdə parlamentin yuxarı palatası olan Kantonlar Şurasına rəhbərlik edib. Alen Berse baş katib postunda xorvatiyalı Mariya Peyçinoviç-Buriçi əvəz edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
turan.az

1Sources