EN

Gənc avarçəkənlərimiz Avropa çempionatında yarışacaq

İyunun 27-30-da Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında kayak və kanoe üzrə Avropa çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edəcək.

İdmançılarımızdan Amil Ramazanov və Əlimurad Hacızadə start xəttinə çıxacaqlar. Komandamız Avropa çempionatına məşqçi Mirnazim Cavadovun rəhbərliyi ilə yollanacaq.

İdman.biz

Chosen
90
1
idman.biz

2Sources