EN

WikiLeaks-in qurucusu "casusluq cinayətini" etiraf etdi: Ölkəsinə qayıdır.

WikiLeaks-in

WikiLeaks-in qurucusu Culian Assanc ABŞ-la razılaşması nəticəsində “casusluq qanununu pozmaq” ittihamını ABŞ-ın Sakit okean adasındakı Saipan məhkəməsinin ərazisində qəbul edib. Beləliklə, Assanj sərbəst buraxılaraq ölkəsi Avstraliyaya yola düşür.Ulusum.az xəbər verir ki, Assanjın 3 saatlıq dinləməsi Sakit Okeanın Asiya sahillərinə yaxın ABŞ ərazisi olan Şimali Mariana Adaları Dairə Məhkəməsində keçirilib.WikiLeaks-inABŞ-a ekstradisiyası tələb edilən və İngiltərədə 5 ildən artıq həbsdə saxlanılan Assancın 14 illik hüquqi mübarizəsi ABŞ-la bağladığı razılaşmaya uyğun olaraq “casusluq qanununu pozmaq” ittihamını qəbul etməsi ilə sona çatdı. Bölgə hakimi Ramona Manqlonanın bəzi suallarını cavablandıran Assanc ABŞ ilə əldə etdiyi razılaşmaya uyğun olaraq “casusluq qanununu pozmaq” ittihamını qəbul edib."Jurnalist olduğum üçün mənbəmi məxfi saxlamaq hüququm var. Bunun ABŞ Konstitusiyasının Birinci Düzəlişini qoruduğuna inanırdım, lakin bunun casusluq qanununun pozulması olduğunu qəbul edirəm", - Assanj məhkəmədə deyib.Dairə hakimi Ramona Manqlona Assanjın günahını etiraf etməsindən sonra İngiltərədə həbsxanada keçirdiyi müddəti nəzərə alaraq, Assancın azadlığa buraxılmasına qərar verib.Aymirə Ağamirova

Diqqət Çəkənlər

Təkrar sertifikatlaşdırmada minimum tələbi ödəməyən müəllimlərin müqavilələrinə xitam veriləcək

Qayda dəyişdi: Bu imtahan ödənişli olacaq

Əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi şərtləri dəyişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
ulusum.az

1Sources