EN

“615 milyona tikilmiş məktəb binası kazarma olacaq“ - Erməni jurnalist

Ermənistanın tanınmış araşdırmaçı jurnalistlərindən olan Oskan Sarkisyan maraqlı məlumat yayıb.

News365.az xəbər verir ki, o, "Mamul" nəşrində yazıb ki,  615 milyon dram dəyərində tikilmiş Kiranç məktəbinin binası sərhədçilər üçün kazarmaya çevrilir.

“Vilayət administrasiyasından sadəcə belə cavab verildi ki, Kiranç orta məktəbinin binasında tikinti işlərinə başlanılıb, onun sentyabrın 1-də istifadəyə verilməsi planlaşdırılır. Yeni Kiranç məktəbi Azərbaycan sərhədçilərindən təxminən 50 metr aralıda yerləşəcək. Bu binanın tikintisinə dövlət büdcəsindən 615 milyon dram xərclənib. Kirançlı valideynlər uşaqlarının yeni formalaşmış sərhədə bu qədər yaxın məktəbə getməsinə qarşıdırlar. Kənddən verilən məlumata görə, tikilməkdə olan məktəb binası əslində sərhədçilər üçün kazarma kimi istifadə olunacaq. Məktəb binası ilə bağlı məsələnin isə necə həll olunacağı məlum deyil”, -erməni jurnalist qeyd edib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
news365.az

1Sources