WikiLeaks-in qurucusu Culian Assanc Casusluq Aktını pozmaqda ittiham olunduğunu etiraf edib.
Doğru.az xəbər verir ki, bu barədə Washington Post yazır.
Bundan əvvəl Şimali Mariana adalarının rayon məhkəməsində Assanc işi üzrə dinləmələr başlayıb.
İyunun 25-də məlum olub ki, WikiLeaks-in qurucusu Culian Assanc ABŞ prokurorluğu ilə onun azadlığa buraxılmasına imkan verəcək sövdələşmə çərçivəsində bəzi ittihamları etiraf edə bilər.
Daha sonra Assancın Böyük Britaniyadakı həbsxanadan çıxdığı və Avstraliyaya uçduğu barədə məlumat daxil olub.
DOĞRU.AZ