EN

Milli Qəhrəmanlar Natiq Qasımovun təltif olunmasına görə Ali Baş Komandana TƏŞƏKKÜR ETDİLƏR

Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə sərəncam imzalayıb. 

Bununla da Vətən yolunda yalnız cismən ölən, amma hamının qəlbində yaşayan Natiq Qasımov halal haqqına qovuşub. Ordu Günü ərəfəsində verilmiş ad xüsusi bir mahiyyət və əhəmiyyət daşıyır.

Natiq Qasımovun adı orduya örnək döyüşçü, dam yaşayacaq qəhrəman kimi əbədiləşdirildi.

Azərbaycanın Milli Qəhrəmanlarları bununla bağlı Modern.az-a danışıblar.
 

Milli Qəhrəman Ehtiram Əliyev Birinci Qarabağ müharibəsində böyük fədakarlıqlar edən əsgərlərimizidən birinin məhz  Natiq Qasımov olduğunu vurğulayıb:

"İlk növbədə başda Ali Baş Komandan olmaqla, bütün ordumuzu və xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün ordumuzun əsgərlərinin başımızı necə uca etdiyi göz qabağındadır. Torpaqlarımız işğaldan azad olundu. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində bizim böyük fədakarlıqlar edən mərd oğullarımız olub. Belə oğullarımızdan biri də məhz Natiq Qasımovdur. O, 5 gün təkbaşına döyüşdükdən sonra əsir düşüb".

Milli Qəhrəman Natiq Qasımovla bağlı sərəncama görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:
 

"Biz Ali Baş Komandanımızın Natiq Qasımovla bağlı sərəncamına təbii ki, sayğı duyuruq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Təəssüf ki, 90-cı illərdə mən Natiq Qasımovu tanımamışam. Başqa istiqamətlərdə döyüşmüşük. Amma onunla bağlı film də çəkilib. Onun necə şücaət göstərdiyi, vətəndaşlarımızı əsirlikdən xilas etməsi göz qabağındadır. Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən belə mərd, igid oğullarımızın dəyərləndirilməsinə görə qürur hissi keçiririk. Allah cənab Prezidentimizə uzun ömür versin. Bu gün hamımıza məlumdur ki, dünyanın bir çox ölkələri 44 günlük Vətən müharibəsindən sonra artıq Azərbaycan Ordusundan nəyisə "oğurlamaq", öyrənmək istəyir. Bunun da hamısının başında cənab Pezidentimizin daxili və xarici siyasəti durur. Cənab Ali Baş Komandana təşəkkür edirik".

Digər Milli Qəhrəman İbad Hüseynov vurğulayıb ki, Natiq Qasımovla bağlı verilən qərar vaxtında atılmış addımdır:
 

"Natiq Qasımovun Birinci Qarabağ müharibəsindəki şücaəti, göstərdiyi xidmətlər danılmazdır. Onun təkbaşına 5 gün döyüşməsi, eləcə də girovlarımızı xilas etməsi mühüm hadisələrdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Müzəffər Ali Baş Komandanımızı Allah qorusun. O, mərd oğullarımızı qiymətləndirir. Prezidentimiz hər şeyi vaxtında edir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
modern.az

2Sources