EN

Zaxarova ABŞ-a xatırladıb ki, Moskvanın Aİ mediasına qarşı tədbirləri cavab xarakterlidir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-a xatırladıb ki, Rusiya Aİ-nin hərəkətlərinə cavab olaraq öz ərazisində bəzi Aİ KİV-lərinin yayımına çıxışı məhdudlaşdırıb. Bizimyol.info xəbər verir ki, diplomat Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin Rusiyanın cavab məhdudiyyətlərinə reaksiyasını belə şərh edib. “Bütün bunlar “liberal demokratiya” anlayışı ilə birləşən təkəbbür, axmaqlıq və ya hər ikisi. Bu bizə qarşı tətbiq edilənlərə cavab tədbirləridir. Aİ-də Rusiya mediasına qadağa qoyulması ilə bağlı layihə təqdim edilib. Amma Dövlət Departamenti yenə də hər şeydə Rusiyanı günahlandırır”, - deyə rusiyalı diplomat öz "Telegram" kanalında yazıb. Bundan əvvəl Aİ Şurası birlik ölkələrində üç Rusiya KİV-inə - "RİA Novosti" agentliyinə, "İzvestiya" və "Rossiyskaya qazeta"ya, eləcə də Praqada yerləşən "Avropanın səsi" portalına çıxışın məhdudlaşdırılması barədə qərar qəbul edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
1
bizimyol.info

2Sources