EN

Atom Elektrik Stansiyasının radiasiyaya nəzarət bloku vuruldu

Velikoy Znamenkadakı Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) radiasiyaya nəzarət postlarından biri vurulub.

News365.azxəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar ZAES-inTelegram kanalına istinad ediblər. İddia olunur ki, xüsusi qorunan ZAES-ə hücumu Ukrayna ordusu reallaşdırıb. Məlumata görə, radiasiyaya nəzarət postu tamamilə məhv edilib.

Qeyd edilir ki, belə strateji obyektlər sanitariya-mühafizə zonalarında və müşahidə zonalarında ətraf mühitin radiasiya monitorinqinin aparılması üçün lazımdır.

Məlumatda bildirilir ki, AES mütəxəssisləri Ukrayna Silahlı Qüvvələrinin artilleriya zərbəsindən sonra stansiyanın yerləşdiyi ərazidə radiasiya vəziyyətinə nəzarət etmək üçün bir sıra kompensasiya tədbirləri həyata keçiriblər: "Radiasiya səviyyəsi artmayıb."

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
19
news365.az

1Sources