EN

Şahramanyanın həbsinə hazırlıq gedir - “Hraparak“

“Siyasi dairələrdə "Artsax"ın (Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə verdikləri qondarma ad, keçmiş separatçı rejim-red.) rəhbəri olmuş Samvel Şahramanyanın yaxın gələcəkdə həbs olunacağı ilə bağlı söhbətlər dolaşır. Çünki bir neçə gün öncə ona qarşı sərgilənən “avtomobil şousu”nun məqsədi təkcə Şahramanyanı  özlərinə tabe etmək və qarabağlıları küçələrdən-yürüş və aksiyalara qoulmaqdan uzaqlaşdırmaq deyil, həm də onu Samveli tutmaqdır".

News365.azxəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.  

Nəşr bir neçə gün öncə İstintaq Komitəsinin əməkdaşlarının xüsusi təyinatlılarla birlikdə separatçıların İrəvandakı nümayəndəliyinin qapılarını sındıraraq, Şahramanyanın avtomobilini müsadirə etməsini xatırladıb. Bir həftə öncə isə Şahramanyan Qarabağdan gəlmiş ermənilərin inqilabçı keşişin hərəkatında, aksiya və mitinqlərdə iştirak etmək hüququ olduğunu bəyan etmişdi.

"Hətta Xankəndi, Əsgəran və Ağdərənin keçmiş məmurları Baqratla görüşdən sonra sənədlərin saxtalaşdırılması və dövlət əmlakının oğurlanması kimi saxta ittihamlarla saxlanılmışdılar", -müəllif xatırladıb.

Tural

News365.az


Chosen
86
news365.az

1Sources