EN

Relax İdman Klubunun yetirməsi Avropa çempionu oldu - FOTO

Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilib. 


Manset.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanı Çempinotda Relax Lerik İdman klubu təmsil edib.

Keçirilən yarışlarda yaşı 15-ə qədər olan atletlər arasında İsa Əliyev  73 kq çəki dərəcəsində bütün rəqiblərindən üstün olaraq Avropa çempionu adını qazanıb. Qeyd edək ki, İsa Əliyev bundan öncə də ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanaraq qalib olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
manset.az

2Sources