EN

Draqan Stoykoviç: "Lakin bəzən bu asan olmur”

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Qol vurmaq üçün bir fürsət axtarırdıq. Danimarka həqiqətən güclü komandadır". Sport24.az xəbər verir ki, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda qarşılaşdıqları Danimarka ilə oyundan sonra mətbuat konfransında deyib.
 
Baş məşqçi oyunun bərabər səviyyədə keçdiyini söyləyib: "Oyun çox gərgin keçdi və asan olmadı. Cəsarətli futbol oynadıq və bacardığımızı ortaya qoyduq. Lakin bəzən bu asan olmur".
 
Qeyd edək ki, C qrupunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb. Serbiya qrup sonuncusu olub. Danimarka ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
sport24.az

1Sources