EN

Seul Şimali Koreyanın atdığı raketin çox güman ki, hipersəs olduğunu bildirib

Seul Şimali Koreyanın atdığı raketin çox güman ki, hipersəs olduğunu bildirib




Şimali Koreya tərəfindən buraxılan raket çox güman ki, hipersəs idi və Şimali Koreyanın şərq sahillərində dəniz üzərində havada partlayıb. Bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.Cənubi Koreya hərbçiləri dəqiqləşdirirlər ki, raket yerli vaxtla təxminən səhər saat 5:30-da Pxenyan ərazisindən buraxılıb, təxminən 250 kilometr uçub və havada parçalanıb. Güman edilir ki, o, hipersəs olub və sınaq uğursuzluqla başa çatıb.Buraxılış Şimali Koreyanın ABŞ təyyarədaşıyan gəmisi USS Theodore Roosevelt-in Cənubi Koreyaya gəlməsini tənqid etməsindən və onun "təxribat" adlandırdığı hərəkətə qarşı "əzici və yeni" çəkindirmə tədbirləri barədə xəbərdarlıq etməsindən sonra baş verib.Mənbə: A Haber

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
patrul.az

1Sources