EN

Kərki Qarabağdan köçmüş haylara ev veriləcək kəndlərin siyahısında yoxdur -Ona görə ki...

Kərki kəndi Qarabağdan köçmüş ermənilərin mənzillə təmin olunması proqramında üstünlük verilən yaşayış məntəqələrinin hər iki siyahısına daxil edilməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Azatutyun” məlumat yayıb.
 
Baş nazirin müavini Tiqran Xaçatryan proqramın və həmin siyahıların təsdiqindən əvvəl izah etdi ki, inkişafında hökumətin xüsusi marağı olan qəsəbələr var və orada məskunlaşmaq istəyən Qarabağdan köçkün haylara adambaşına üç milyon dramdan çox pul alacaq. 390 yaşayış məntəqəsinin iki siyahısında daha çox sərhəd və ya ucqar kəndlərdir və bir nəfərə ayrılan vəsait  5 və ya 4 milyon dramdır. Həmin siyahılarda, məsələn, Ararat mərzi, Kərki olan Kirants, Nerkin Hand, Verin Shorja, Yerasx(Arazdəyən), Zəngakatun, Paruyr Sevak icmalarının adı yoxdur.
Müxalifətin “Şərəf duyuram” fraksiyasının deputatı Tiqran Abramyan Tiqranaşen məsələsində bu təftişi sərhədin demarkasiyası prosesi ilə əlaqələndirir, o, hökumətin ikinci mərhələdə 4 anklavı Azərbaycana təhvil verəcəyini düşünür.
 
“Birinci mərhələdə Tavuşda aparılan “demarkasiya” işlərindən sonra ikinci mərhələdə biri Tiqranaşen(Kərki-S.L.) olan 4 kəndin Azərbaycana verilməsi məsələsinə baxılmalı və təbii ki, bu şərtlərlə təkliflər irəli sürülməlidir. Artsax sakinlərinə və ya başqa qrupa həmin kənddə mənzil tikmək və ya almaq heç bir şəkildə hökumətin siyasətinə uyğun gəlmir”, - deyə o bildirib.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
moderator.az

1Sources