EN

Tramp uduzsa, Putinin planları iflasa uğrayacaq - Professor

Tramp

ABŞ-nın sabiq dövlət başçısı Donald Trampın prezident seçkilərində məğlub olması Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı planlarını puça çıxara bilər.

Reyting.az
xəbər verir ki, bunu Prinston Universitetinin Avropaşünaslıq üzrə professoru Harold Ceyms deyib.

Professor bildirib ki, İsveçrədə keçirilən Qlobal Sülh Sammiti çətin ki, heyrətamiz bir uğur olsun, amma bu, uğurun başlanğıcı ola bilər: “Mühüm ölkələr burada iştirak etmədilər və ya müqaviləni imzalamadılar. Məsələn, Braziliya və ya Hindistan. Çin də gəlmədi. Bu, bir dezavantajdır və mən inanıram ki, son nəticədə bu münaqişə Çinsiz həll oluna bilməz”.

H. Ceyms eyni zamanda, Rusiya tərəfinin bu görüşdə iştirak etməməsini tamamilə düzgün qərar adlandırıb, çünki o, Putinin hakimiyyəti dövründə bu ölkəni etibarlı müqavilə tərəfdaşı saymır: “1938-ci ildə ingilislər Hitlerlə müqavilə bağlamağa çalışdılar. İngiltərənin baş naziri Almaniyadan qayıdıb dedi: “Məndə cənab Hitlerin imzaladığı kağız var, bu, doğru deyil. Təbii ki, Rusiya iştirak etməlidir, lakin bu hökumət daxilində deyil”.

Tarixçi qeyd edib ki, müharibədə Putin vaxta güvənib. Əvvəlcə o, Ukraynanın sürətlə süqutunu və hökumətin qaçmasını, sonra isə Avropa İttifaqı-Amerika Birləşmiş Ştatları ittifaqının dağılacağını gözləyirdi: “İnanıram ki, Putin sevimli namizədinin ABŞ prezidenti olmaq şansı olduğu müddətdə öz postunu saxlamağa çalışacaq. Amma Tramp seçkidə uduzsa, Putinin hesablamaları bitəcək. Bu, elə məqamdır ki, sülh gələ bilər”.

Onun sözlərinə görə, Trampda açıq-aşkar “zehni parçalanma” əlamətləri var və siyasətçinin bəyanatları getdikcə daha çox təhdidedici xarakter alır: “Tramp fəal tərəfdarları Amerika əhalisinin azlığını təşkil edir. Dörd il əvvəl Trampa səs verənlərin çoxu ortadadır. Noyabrda isə bir daha ona səs verməyəcəklər”.

H. Ceyms Avropada sağçı populist qüvvələrin güclənməsi və onların Ukraynaya mümkün təsirindən də danışıb. Onun fikrincə, hətta sağçı partiyalar seçkilərdə uğur qazanmaq istəyirlərsə, anti-Avropa mövqelərindən əl çəkməli olduqlarını anlayıblar.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
3
reyting.az

4Sources