EN

Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi

Türkiyənin Bursa bölgəsinin Osmanqazi rayonunda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən oğlan məhəlləni külə döndərib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, gənc oğlan sevgilisindən ayrılıb və boş ərazidə birlikdə çəkilmiş fotoşəkillərini yandırmaq qərarına gəlib, lakin təsadüfən yanğın baş verib. Onun ətrafındakı ot və kol-kos yanmağa başlayıb.

Ərazidə olan sakinlər yanğını vaxtında görüb və yanğınsöndürənləri çağırıblar. Onlar yanğını söndürməyə nail olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
96
5
milli.az

6Sources