Bakı. Trend:
Türkiyə Milli Müdafiə naziri Yaşar Güler İstanbuldaRumıniyanın müdafiə naziri Angel Tilvar ilə görüşüb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəTürkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.
Güler həmkarı Tilvar ilə İstanbul Gəmiqayırma Zavodununkomandanlığını ziyarət edib. Tilvar buradakı Dizayn Layihə Ofisindəolub, görülən işlər haqqında məlumat alıb.
Güler və Tilvar daha sonra TCG ALEMDAR xilasetmə gəmisininişlərini yerində izləyiblər.
Məlumat üçün qeyd edək ki, səfər zamanı nazirləri Hərbi DənizQüvvələrinin komandanı admiral Ərcüment Tatlıoğlu müşayiətedib.