Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçları başa çatıb.
"Far.Az" xəbər verir ki, hər iki oyun qolsuz yekunlaşıb.
Beləliklə, İngiltərə qrup birincisi, Danimarka ikinci kimi 1/8 finala vəsiqəni təmin edib. Sloveniya isə ən yaxşı qrup üçüncüsü kimi pley-offda çıxış edəcək.
1 İngiltərə 3 1 2 0 2-1 5 2 Danimarka 3 0 3 0 2-2 3 3 Sloveniya 3 0 3 0 2-2 3 4 Serbiya 3 0 2 1 1-2 2 00:01
Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçlarında ikinci hissə başlayıb.
"Far.Az" xəbər verir ki, hər iki oyunda hesab açılmayıb.
23:52
Almaniyada təşkil olunan Avropa çempionatında C qrupunun III turunun İngiltərə - Sloveniya və Danimarka - Serbiya matçlarında ilk hissə bitib.
"Far.Az" xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
23:00
Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.
"Far.Az"un məlumatına görə, C qrupunda İngiltərə - Sloveniya və Danimarka - Serbiya görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Qarşılaşmaları müvafiq olaraq fransalı hakimlər Klement Turpin və Fransua Leteksye idarə edirlər.
Qeyd edək ki, hazırda İngiltərə millisi 4, Danimarka və Sloveniya 2, Serbiya isə 1 xala malikdir.