Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" növbəti yoxlama oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Rumıniyadan "Hermanştadt" ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zirə" Türkiyədə keçirdiyi ilk hazırlıq oyununda Rusiyanın "Orenburq" klubuna 1:2 hesabı ilə uduzub.