Luka Elsner “Havr”ın baş məşqçi postunu tərk edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssis 2022-ci ildən “Havr”a rəhbərlik edirdi.
Elsnerin yeni iş yeri də müəyyənləşib. O, Liqa 1-in digər təmsilçisi “Reyms”in baş məşqçisi təyin olunub. Fransa klubu yeni çalışdırıcısı ilə 2 illik müqavilə bağlayıb.