EN

Şərurda iki avtomobil toqquşdu: Ölən və xəsarət alan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov ölüb, 1993-cü il təvəllüdlü Şəfəq Vaqif qızı Məmmədova isə xəsarət alıb.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Chosen
156
20
oxu.az

10Sources