2024-cü il Avropa çempionatının C qrupunun 3-cü turunun İngiltərə və Sloveniya yığmaları arasında keçirilən oyununda heç-heçə (0:0) ilə başa çatıb. Matc.az xəbər verir ki, qeydə alınan bu nəticə görə Xorvatiya millisi turnirin üçüncü yerdən pley-off mərhələsinə çıxmaq şanslarını itirərək çempionatla vidalaşıb. Belə ki, AVRO-2024-ün qrup mərhələsinin üç turunun nəticələrinə əsasən, Sloveniya millisi üç xal toplayaraq C qrupunda üçüncü yeri tutub. B kvartetində isə Xorvatiya millisi də üçüncü yeri tutsa da, sloveniyalılardan bir xal az toplayıb.