EN

Sabirabadda hamilə qadın dərmandan zəhərlənib

Qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib
Sabirabadda qadın dərmandan zəhərlənib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Çöl Beşdəli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü A.Babayeva xəstəliklərin qarşısını almaq məqsədi ilə mal-qaraya dərman verilərkən zəhərlənib.
O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A.Babayevanın üçaylıq hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Chosen
137
14
ayna.az

10Sources