EN

“Paşinyanla yox, onlarla danışmaq lazımdır...” – “Baş nazir onların qərarlarını yerinə yetirir”

Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları getdikcə səngiyir və öz təsirini itirir. Revanşist, rusiyapərəst və qatı millətçi qüvvələr isə bundan olduqca narahatdırlar.

Erməni mətbuatının yazdığına görə, Ermənistanın sabiq Baş naziri Xosrov Arutyunyan Baqrat Qalstanyana rəhbərlik etdiyi hərəkatı daha ciddi şəkildə siyasiləşdirməyi təklif edib. 

Sabiq Baş nazir eyni zamanda, Qalstanyanın Paşinyan hökumətilə yox, onun Qərbdəki sponsorları ilə danışmalı olduğunu deyib: “Bu hərəkat, onu istər müqəddəs hərəkat, istərsə də milli-azadlıq hərəkatı adlandırsanız, indi öz siyasi komponentini almalıdır... Ona görə də biz Paşinyanla deyil, Blinken, Şarl Mişel, Ursula fon der Lyayen və başqaları ilə danışmalıyıq. Hansı ki, onlar dövlətçiliyimizə qarşı dağıdıcı təhlükələrə sponsorluq etməyə çalışırlar. Onlar anlamalıdırlar ki, bizim siyasi opponentimiz Paşinyan deyil. Siyasi opponentlər orada, kənarda, qərarların qəbul edildiyi yerdədir. Paşinyan isə yalnız bu qərarları həyata keçirən şəxsdir”.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources