Abxaziya - Rusiya sərhədində bir nəfərin ölümündə və daha 3 nəfərin yaralanmasında şübhəli bilinən şəxslər saxlanılıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Abxaziya "daxili işlər nazirliyi"nin məlumatında deyilir.
Bildirilib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində şübhəlilər hüqiq-mühafizə orqanları əməkdaşlarına təslim olublar.
Qeyd edək ki, iyunun 23-də naməlum şəxslər Rusiya ilə sərhəddə odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirmiş, 3 nəfəri isə yaralamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun