EN

Səlahət Ağayev karyerası ilə bağlı son qərarını verdi

Səlahət Ağayev gələcək karyerası ilə bağlı son qərarını verib.

O, yeni mövsümə "Turan Tovuz"da başlayacaq.

Bölgə klubu təcrübəli qapıçı ilə bütün detallarda razılıq əldə edib.

33 yaşlı kiper son mövsümü "Səbail"də keçirib.

O, Bayıl təmsilçisində keçirdiyi 32 matçda 52 qol buraxıb.

Milli komandamızın üzvü karyerası ərzində "Səbail"dən başqa "Neftçi", "Sabah", "Qəbələ", MOİK, "Sumqayıt" və "İnter" (indiki "Şamaxı") klublarının da şərəfini qoruyub.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
sportinfo.az

1Sources