Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Niderland - Avstriya matçının ən yaxşı futbolçusu bəlli olub. Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi Marsel Sabitzer qarşılaşmanın ən yaxşı oyunçusu seçilib. O, oyunda bir qolla yadda qalıb. Görüş Avstriyanın qələbəsi ilə bitib - 3:2.