Hindistanın cənubundakı Tamil Nadu ştatında saxta spirtli içkidən ölənlərin sayı 53-ə yüksəlib.
525.az Hindustan Times-ə istinadən xəbər verir ki, dövlət rəsmisi M.S.Prasanth Kallakuriçi rayonunda təxminən 190 nəfərin saxta içkiyə görə müxtəlif xəstəxanalarda müalicə olunduğunu bildirib.
Prasanth saxta spirt səbəbiylə həyatını itirənlərin sayının 53-ə yüksəldiyini açıqlayıb.
Faktla bağlı aparılan araşdırmalar çərçivəsində polis əməkdaşları tərəfindən Tiruçirapallı ərazisindən ələ keçirilən 250 litr saxta içki aşkar edilərək 7 nəfər şübhəli şəxs saxlanılaraq məhv edilib.
Hindistanda 7 ildir alkoqol qadağasının tətbiq olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkilərdən dünyasını dəyişib.
Malik Atilay
Bizi İnstagramda izləyin