EN

Aİ Borreli əvəz edəcək şəxs TAPDI

Avropa İttifaqı ölkələrinin liderləri Xosep Borrelin yerinə Aİ diplomatiyasının rəhbəri vəzifəsinə Estoniyanın baş naziri Kay Kallasın namizədliyini irəli sürmək qərarına gəliblər.

Bu barədə News24.az DPA agentliyinə istinadən yazır.

Bundan əlavə, Portuqaliyanın keçmiş baş naziri Antonio Kostanın Avropa Şurasının sədri vəzifəsinə Şarl Mişelin yerinə təyin olunması barədə razılıq əldə olunub.

Həmçinin bildirilib ki, Aİ dövlətlərinin liderləri Ursula fon der Leyenin ikinci müddətə Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək barədə razılığa gəliblər.

Bundan əvvəl Kallas Parisdə Fransa prezidenti Emmanuel Makron ilə görüşdə Estoniyanın Ukraynaya yardımla bağlı Fransa ilə həmrəy olduğunu bildirib. O, Estoniyanın bunun üçün lazımi resurslara, iqtisadi gücə və biliyə malik olduğunu vurğulayıb.

İyunun 14-də Estoniyanın müxalif Vətən Partiyasının (İsamaa) rəhbəri və ölkənin keçmiş xarici işlər naziri Urmas Reinsalu müdafiə vəsaitinin çatışmazlığı və bununla bağlı qalmaqala görə baş nazir Kaja Kallası vəzifəsindən getməyə çağırıb.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
news24.az

1Sources