Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyunu yekunlaşıb.
Görüşdə Fransa Polşa ilə heç-heçə edib - 1:1. Beləliklə də, Fransa millisi ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
***20:39
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab bərabərləşib.
Polşalı Robert Levandovski 79-cu dəqiqədə (penalti) hesabı bərabərləşdirib.
***20:20
Almaniyada təşkil olunan Avropa çempionatının D qrupunun III turunun Fransa - Polşa oyununda hesab açılıb.
Kilian Mbappe 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib.
***20:00
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində Fransa və Polşa milli komandaları arasındakı oyuna start verilib.
D qrupunun qarşılaşması Almaniyanın Dortmund şəhərindəki "Siqnal İduna Park" stadionunda keçirilir.
Oyunu Marko Quidanın (İtaliya) başçılıq etdiyi hakimlər heyəti idarə edir.
BAKU.WS