EN

ABŞ-ın Putinin təşəbbüsünə reaksiyası o deməkdir ki, onun Ukraynada sülhə ehtiyacı yoxdur – Səfir

Amerika siyasətçilərinə Ukraynada sülh lazım deyil, onların məqsədi Moskvanın strateji məğlubiyyətidir, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov “Newsweek” jurnalına müsahibəsində bildirib .

"Vurğulayım ki, iyunun 14-də Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinə son qoymaq üçün dinc plan təklif edib. Buna cavab olaraq biz Kiyev rejiminə ancaq yeni silah təchizatı gördük", - Antonov bildirib.

"Beləliklə, Vaşinqtonun reaksiyası göz qabağındadır: yerli siyasətçilərin sülhə ehtiyacı yoxdur. Onlar yalnız Rusiyanı strateji məğlubiyyətə uğratmaq məqsədi ilə müharibəyə fokuslanırlar", - diplomat yekunlaşdırıb.

Antonov vurğulayıb ki, Rusiya prezidentinin irəli sürdüyü təşəbbüs “çox böyük səylər və siyasi qətiyyət tələb edəcək”.

"Onun həyata keçirilməsi illər çəkəcək. Bir çox əsas elementlər üzrə mövqelər hələ müəyyən edilməli və sinxronlaşdırılmalıdır. Lakin işə dərhal başlamaq lazımdır", - səfir qeyd edib.

Hürriyyət.az TASS-a istinadən xəbər verir ki, iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Putin Avro-Atlantik təhlükəsizlik sisteminin dağılmasından danışıb və qitənin bütün dövlətlərinin maraqlarını nəzərə alan yeni arxitekturanın qurulmasını təklif edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
hurriyyet.az

1Sources