EN

Husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini vurub

Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Hind okeanında iki gəmini raket və pilotsuz uçuş aparatı ilə vurduqlarını açıqlayıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Husilərin Hərbi Sözçüsü Yəhya Seri açıqlamasında “Transworld Navigator” adlı gəminin Qırmızı dənizdə pilotsuz uçuş aparatı ilə hədəf alındığını qeyd edib.

Seri, "Stolt Sequoia" adlı başqa bir gəminin də Hind okeanında raketlə müvəffəqiyyətlə vurulduğunu açıqlayıb.

Hərbi sözçü gəmilərin "işğal olunmuş Fələstin limanlarına giriş qadağasını" (husilərin elan etdiyi qadağa) pozduqları üçün hədəfə alındığını bildirib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Chosen
181
7
525.az

10Sources