EN

“Edmonton” inanılmazı bacardı - “Neftçilər” “Toronto”nun 82 il əvvəlki uğurunu təkrarlaya bilər

Stenli kuboku uğrunda final seriyası inanılmaz axar üzrə davam edir.

“Football-plus.az” xəbər verir ki, “Edmonton” seriyanın 6-cı oyununda da “Florida”nı məğlub etməklə ümumi hesabı bərabərləşdirdi – 3:3. Bu komandalar arasındakı həlledici – 7-ci oyun bu gün Sanrayzda keçiriləcək.
MHL tarixində 18-ci, 2019-cu ildən bəri isə ilk dəfə Stenli kubokunun qalibi 7-ci oyunda müəyyənləşəcək. Həmin il “Sent-Luis” “Boston”a qalib gəlmişdi.

MHL tarixində 10-cu dəfə hansısa komanda pley-off mərhələsində 0:3-ü 3:3-ə çevirməyi bacardı. Stenli kubokunda isə bu, ümumilikdə 3-cü, 1945-ci ildən bəri ilk haldı. 1945-ci ildə “Detroyt” “Toronto” ilə seriyada 0:3-ü 3:3-ə çevirsə də, həlledici oyunda uduzub. Amma elə həmin “Toronto” 1942-ci ildə yenə “Detroyt”la seriyada 0:3-dən sonra ardıcıl 4 oyunda qalib gəlməyi bacarıb. İndi “Edmonton”un 82 il əvvəlki həmin tarixi uğuru təkrarlamaq imkanı var.

“Edmonton”un forvardı Leon Drayzaytl 6-cı oyundan sonra fikirlərini jurnalistlərlə bölüşdü:
“Biz kubok üçün oynayırıq. Yeddinci oyun ən çətin olacaq. Rəqib evdə oynayacaq. Yenidən özümüzü göstərməliyik. Komandamız üçün daha bir şans qazandıq - ən önəmli məqam budu”.


Belə böyük üstünlüyü əldən verən “Florida”nın baş məşqçisi Pol Morisin fikirləri:
“Elə indi paltardəyişmə otağımıza girsəz, orda xoşbəxt adam görməyəcəksiz. Bu gün oyunçuların psixoloji durumu məni narahat etmir. Uduzmusan, bu ağrını bütün qəlbinlə duyursan. Yaralarımızı sarıyıb sabahdan növbəti oyuna hazırlaşacağıq. Düşünürəm ki, hücumumuzda sürət çatışmır, xüsusən də bərabər heyətlərlə oynayanda. Bizi küncə sıxırllar. Meydanda elə yerlər tapmalıyıq ki, sürətimizi qoruya və inkişaf etdirə bilək”.


22 iyun
Edmonton – Florida 5:1 (1:0, 2:0, 2:1)
Seriyada hesab – 3:3.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources