EN

"Tanqonu iki nəfər rəqs edir" - Rus deputatdan Ermənistana xəbərdarlıq

Rusiya Ermənistanla dostluq münasibətləri qurmağa hazırdır. Qarşı tərəf də bunu istəməlidir. Axı tanqonu iki nəfər rəqs edir. Nəticə İrəvandan asılıdır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyalı deputat Konstantin Kosaçov bildirib.

“Rusiya Ermənistanla dostluq və müttəfiqlik münasibətləri qurmağa tam hazırdır, biz bu xəttə sona qədər sadiq qalacağıq. Ermənistanın hazırkı rəhbərliyi Rusiyaya qarşı düşmənçilik risklərindən xəbərdardır”, - Kosaçov bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ermənistanın Qərblə yaxınlaşması “məsuliyyətsizlikdir”.

Rusiyalı senatorun fikrincə, “postsovet məkanının digər ölkələrinin timsalında Qərblə yaxınlaşmanın nəyə gətirib çıxardığını görmək olar, ona görə də Rusiya Ermənistan üçün belə bir aqibəti istəmir”.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
teleqraf.com

1Sources