EN

“Böyük qardaşım…” - Onun gedişi “Neftçi”nin futbolçularını dilə gətirdi

Ömər Buludovdan sonra “Neftçi”ni tərk edən ikinci futbolçu Eddi İsrafilov oldu.

Öncə klub bu barədə rəsmi məlumat yaydı, ardınca “14 nömrə” sosial şəbəkə hesabında ürək sözlərini yazaraq “ağ-qaralar”la vidalaşdı.

İsrafilovun “Neftçi”ni tərk etməsinin nə dərəcədə itki olduğunu zamanın axarına buraxaq.

Görünən odur ki, Eddinin gedişi komanda yoldaşlarının ürəyincə olmayıb. Əksəriyyət bu ayrılıqla bağlı şərh bölməsində ürək sözlərini yazıb.

Emin Mahmudov: “Uğurlar, Eddi! Təşəkkürlər!”

Qara Qarayev: “Hər şey üçün təşəkkür, Eddi. Sənə bundan sonrakı şəxsi və futbolçu həyatında uğurlar arzulayıram”.

Rəhman Hacıyev: “Uğur olsun, mənim qardaşım”.

İvan Brkiç: “Qardaşım, hər şeyə görə çox sağ ol. Səninlə oynamaq mənim üçün şərəf idi. Həm insan, həm dost, həm də futbolçu kimi sən ən yaxşısan. Darıxacağam”.

Yuri Matias: “Məni isti qarşıladığına və birlikdə keçirdiyimiz zaman üçün təşəkkür edirəm. Həyatda hər şey ürəyincə oldun. Sənin üçün darıxacağam, qardaşım”.

İsmayıl Zülfüqarlı: “Böyük qardaşım, hər şeyə görə minnətdaram”.

Ağadadaş Salyanski: “Bundan sonrakı karyeranda uğurlar, qardaşım”.

31 yaşlı yarımmüdafiəçi “Neftçi”nin şərəfini qoruduğu 2022-ci ilin yanvarından bu yana meydana çıxdığı 71 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
105
sportinfo.az

1Sources